AZ

İranda xalqın seçimi Pezeşkian olub

Bakı, TurkicWorld

İranda keçirilən növbədənkənar prezident seçkilərinin qalibi "İslahatçılar" düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian olub.

TurkicWorld-in məlumatına görə, bunu İranın Daxili İşlər Nazirliyi yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən gün keçirilən seçkilərdə ümumilikdə 30,5 milyon seçici səsvermədə iştirak edib. 2-ci tur seçkilərdə seçici fəallığı 49,8% təşkil edib.

Eslami deyib ki, səsverməyə əsasən Məsud Pezeşkian təxminən 16,4 milyon və Səid Cəlili 13,5 milyon səs toplayıb.
Əlavə edək ki, ötən gün İranda 14-cü çağırış prezident seçkilərinin 2-ci turu keçirilib. İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58 640 dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçici səsvermədə iştirak edə bilər.

28 iyunda keçirilən 14-cü çağırış prezident seçkilərində 24,5 milyon seçici səsvermədə iştirak edib. Səsverməyə əsasən sabiq səhiyyə naziri və "İslahatçılar" düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian 10,4 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili 9,47 milyon, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf 3,38 milyon və sabiq təhlükəsizlik rəsmisi Mustafa Purməhəmmədi 206 min səs toplayıb.

Seçilən
67
50
turkic.world

10Mənbələr