AZ

Alman polisi xəbərdarlıq etdi! Hollandiya-Türkiyə matçı əvvəli TƏCİLİ QƏRAR

UEFA Merih Dəmirala 2 oyunluq cəza verdikdən sonra almanlardan qalmaqallı qərar gəldi. Berlin Polis Birliyi Türkiyə-Hollandiya matçını “presedenti olmayan ən yüksək risk matçı” olaraq təyin edib.

KONKRET.az xəbər verir ki, Türkiyə futbolçusu Merih Dəmirala 2 oyunluq cəza ilə bağlı qalmaqallı xəbərdən sonra daha bir qərar verilib.

SporX-in məlumatına görə, Alman polisinin yaydığı şərhdə deyilir ki, “Hollandiya-Türkiyə ən yüksək riskli qarşılaşmadır ki, bu, qalan matçlar arasında görünməmiş bir haldır. Bu matç üçün bütün mümkün personalı xəbərdarlıq səviyyəsində saxlayırıq. Federal səviyyədən və əyalətlərdən də dəstək gözləyirik”.

Berlin polisinin sözçüsü Stefan Petersen-Şümann bildirib ki, təcili yardım xidmətlərinin dəqiq sayı yalnız matç günü açıqlana bilər.

Qeyd edək ki, 2024-cü il Futbol üzrə Avropa Çempionatının 1/4 final mərhələsində oynanılacaq Hollandiya-Türkiyə matçı 6 iyul şənbə günü (bu gün) başlayacaq.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
112
1
konkret.az

2Mənbələr