AZ

Araşdırma: Hansı musiqi növü beyin fəaliyyətini yaxşılaşdırır?

Araşdırma:

Bakı, 6 iyul, AZƏRTAC

Yaponiyanın Tsukuba Universitetinin alimləri tərəfindən aparılan araşdırmada “groove” musiqinin beynin fəaliyyətini artırdığı müşahidə olunub.

AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, “groovy” (qəşəng) adlandırılan bu musiqi üslubu çox vaxt rəqs musiqisi ilə birləşdirilsə də, əslində əksər ritmik mahnıları əhatə edir.

“Möhtəşəm” mənasını verən və 1960-1970-ci illərdə gənc amerikalı dinləyicilər tərəfindən yaradılmış bu termin dinləyicinin şüursuz olaraq ritmini saxladığı bütün yüksək səviyyəli mahnılar üçün istifadə oluna bilər. “Scientific Reports” elmi jurnalında dərc edilən yeni araşdırma, ABBA-dan Be Gees-ə qədər bir çox məşhur musiqiçinin parçalarını ehtiva edən bu musiqi növünün dinləyicinin beynin fəaliyyətini yaxşılaşdırdığını ortaya çıxarıb. Beyindəki icra funksiyası insanların gündəlik işlərini uğurla yerinə yetirmələri üçün planlaşdırma, diqqəti cəmləmə və çoxlu tapşırıq kimi idrak proseslərini idarə etməkdən məsuldur. Tədqiqatda “sol dorsolateral prefrontal korteks”dəki fəaliyyət, beynin icra funksiyasından məsul olan bölgəsi və musiqinin bu bölgəyə təsiri araşdırılıb. “Apple”in musiqi istehsalı proqramı olan “Garage Band”dan istifadə edərək tədqiqat qrupu 120 BPM (saniyədə iki vuruş) ritminə malik sürətli bir trek yaratdı. Sözügedən mahnını dinləyən 58 iştirakçının beyni funksional yaxın infraqırmızı spektroskopiya adlı beyin görüntüləmə texnikası ilə araşdırılıb. Bundan əlavə, iştirakçıların musiqiyə fərdi reaksiyaları da ölçülüb və subyektiv musiqi dinləmə təcrübələri ilə bağlı sorğular aparılıb. Bu sorğuların məqsədi iştirakçıların “ritmlə sinxronizasiya etməkdə çətinlik çəkdiklərini” müəyyənləşdirmək və sözügedən parça ilə onların nə qədər hərəkətli olduğunu müşahidə etmək mümkün olub. Parçanı dinlədikdən sonra müsbət fikir bildirən iştirakçıların beynində icraedici funksiya aktivliyinin artdığı və əsərdəki hissi ifadə edə bildikləri müəyyən edilib. Bu, əslində o deməkdir ki, fərdlər “groove” musiqisinin faydalarını yaşamaq üçün həmin musiqi janrına meyilli olmalıdırlar.

Komandaya rəhbərlik edən professor Hideaki Soya bildirib ki, nəticələr çox təəccüblü idi: “Biz “groove” ritminin iştirakçılarda sol dorsolateral prefrontal korteksdə icra funksiyasını və fəaliyyətini yaxşılaşdırdığını gördük. Digər tərəfdən, “groove” ritminin insanın idrak performansına təsirini müşahidə etmək mümkündür”.

Tədqiqatçıların fikrincə, nəticələr bütün insanlara fayda verə bilər.

Seçilən
111
50
azertag.az

10Mənbələr