AZ

İranda prezident seçkilərinin ikinci turu başa çatdı

İranda prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb və səslərin hesablanmasına başlanılıb.Metbuat.az xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

“Səsvermə vaxtı sona çatıb. Bu seçki kampaniyasının başa çatdığını göstərir”, – o, IRIB telekanalında deyib. Qurum rəsmisi həmçinin seçki komissiyasının region şöbələrinin bütün əməkdaşlarına və bütün seçki təşkilatçılarına təşəkkür edib. Səsvermə məntəqələri bağlandıqdan sonra səslərin hesablanması başlayır.

Seçilən
93
4
metbuat.az

7Mənbələr