AZ

Avro 2024: İspaniya və Fransa yarımfinalda

Bu gün Avro-2024-də 1/4 final mərhələsinə start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyun günündə nəzərdə tutulan iki görüş başa çatıb.

İlk oyunda İspaniya və Almaniya yığmaları üz-üzə gəlib. Erkən final adlandırılan bu oyunda əsas vaxt 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha bir qol vuran İspaniya 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Digər matçda isə Portuqaliya Fransa millisi ilə qarşılaşıb. Əsas və əlavə edilmiş vaxtlarda hesab açılmayıb -0:0. Penaltilər seriyasında isə Fransa yığması rəqibini məğlub edib.

Beləliklə, yarımfinal mərhələsində Fransa millisi ilə İspaniya komandası bir-birinə rəqib olub.

Qeyd edək ki,1/4 finalın digər iki görüşü iyulun 6-da keçiriləcək.

Seçilən
71
idmanxeber.az

1Mənbələr