AZ

İki güləşçimizi AÇ-nin finalında

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Publika.az xəbər verir ki, bu gün sərbəst güləşçilərin yarışına start verilib.

Vasif Bağırov (57 kq) fransalı Rasul Qalburayev (11:0) və macarıstanlı Karoli Barata (tuş) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Yeniyetmələr arasında Avropa və dünya çempionumuz belaruslu Herbert Akapyana da heç bir şans tanımayıb – 10:3. Vasif finalda rusiyalı Lev Pavlovla güləşəcək.

Musa Verdiyev (65 kq) polşalı Dominik Yaquşa 5:2 hesabıyla qalib gəlsə də, 1/4 finalda fransalı Xızır Dasıyevə 3:7 hesabıyla məğlub olub.

Ramik Heybətov (70 kq) polşalı Zəlimxan Mutsukayevlə (3:2) yunanıstanlı Georgios Yakemidisi (3:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda almaniyalı Rostislav Lextə uduzub – 2:3.

Seçilən
87
8
publika.az

10Mənbələr