AZ

İranda prezident seçkilərində seçici fəallığı 40%-i keçib

İranda prezident seçkilərinin ikinci turunda səsvermənin bağlanmasına iki saat qalmış seçicilərin sayı artıq 40%-i keçib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə İranın Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

Birinci turda 61 milyon seçicidən 24,5 milyonu iştirak edib - seçici fəallığı 40% təşkil edib ki, bu da İslam respublikasının 45 ilində ən aşağı göstərici olub. 

Yusif EYVAZLI

Seçilən
36
1
redaktor.az

2Mənbələr