AZ

Almanlara son dəqiqə şoku - YENİLƏNİB

Avropa çempionatının favoritləri hesab edilən İspaniya və Almaniya 1/4 finalda üz-üzə gələcək.

Apasport.az xəbər verir ki, qarşılaşma Ştutqartda keçiriləcək. Matç Bakı vaxtilə saat 20:00-da start götürəcək. 

Matçı britaniyalı referi Entoni Teylor idarə edəcək.

Bu görüşün qalibi yarımfinalda Portuqaliya - Fransa matçının qalibi ilə qarşılaşacaq.

İspaniya qrup mərhələsinin bütün oyunlarında qələbə qazanıb və 1/8 finalda Gürcüstanı məğlub edib (4:1). Almaniya isə pley-offda Danimarkanı məğlub edərək

(2:0) 1/4 finala yüksəlib.

Qeyd edək ki, indiyə qədər iki komanda arasında keçirilən qarşılaşmalarda Almaniya 9, İspaniya isə 8 qələbə qazanıb.

AVRO-2024

1/4 final

5 iyul

20:00. İspaniya - Almaniya 2:1 

Qol: Olmo, 51. Merino, 119 - Virtz, 89

Baş hakim: Entoni Teylor (İngiltərə).

Ştutqart, "MHP Arena".

Seçilən
106
apasport.az

1Mənbələr