Avropa çempionatının favoritləri hesab edilən İspaniya və Almaniya 1/4 finalda üz-üzə gələcək.
Apasport.az xəbər verir ki, qarşılaşma Ştutqartda keçiriləcək. Matç Bakı vaxtilə saat 20:00-da start götürəcək.
Matçı britaniyalı referi Entoni Teylor idarə edəcək.
Bu görüşün qalibi yarımfinalda Portuqaliya - Fransa matçının qalibi ilə qarşılaşacaq.
İspaniya qrup mərhələsinin bütün oyunlarında qələbə qazanıb və 1/8 finalda Gürcüstanı məğlub edib (4:1). Almaniya isə pley-offda Danimarkanı məğlub edərək
(2:0) 1/4 finala yüksəlib.
Qeyd edək ki, indiyə qədər iki komanda arasında keçirilən qarşılaşmalarda Almaniya 9, İspaniya isə 8 qələbə qazanıb.
AVRO-2024
1/4 final
5 iyul
20:00. İspaniya - Almaniya 2:1
Qol: Olmo, 51. Merino, 119 - Virtz, 89
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart, "MHP Arena".