AZ

PlayStation 4 oyun konsolu vaxtı ikən AMD-ni iflasdan xilas edibmiş

     Hal-hazırda AMD şirkəti prosessor satışları mövzusunda az-çox Intel ilə inamlı rəqabət apara bilir. Lakin 10 il bundan öncə vəziyyət tamamilə fərqli idi. AMD top-menecerlərindən birinin sözlərinə əsasən həmin illərdə AMD iflasın astanasında idi. Lakin PlayStation 4 oyun konsolu şirkəti iflasdan xilas edə bildi. Bu barədə məlumatı AMD-nin rəhbərlərindən biri olan Renato Fragale təqdim edib. Onun sözlərinə əsasən şirkət 2008-ci ilin iqtisadi böhranının ağır nəticələrindən əziyyət çəkirdi və nəticədə iflasın astanasında idi. İflasdan yaxa qurtarmaq üçün AMD hətta bəzi intellektual mülkiyyətlərini də satmalı olmuşdu.     Onlardan birinə misal olaraq Adreno-nu gətirmək olar. Adreno indiki zamanda Snapdragon prosessorlarındakı qrafik çipdir. Həmin illərdə AMD-nin prosessor satışları da aşağı idi. Belə ki, şirkət bu bazarın 25%-nə, Intel isə 75%-nə sahib idi. AMD üçün xilasedici hadisə PlayStation 4 oyun konsolu mövzusunda Sony ilə əməkdaşlıq oldu. Fragale-nin sözlərinə əsasən o, PlayStation 4 üçün nəzərdə tutulmuş prosessor həllinin hazırlanmasında iştirak etmiş 15 nəfərdən ibarət komandaya rəhbərlik edib. Fragale bildirib ki, Sony ilə uğurlu əməkdaşlığın nəticəsi olaraq AMD iflasdan tamamilə yaxa qurtara bildi.

Seçilən
119
technote.az

1Mənbələr