AZ

“Makkabi” - “Sabah” matçının keçiriləcəyi məkan bəlli oldu

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Hayfa “Makkabi”si ilə “Sabah” arasında keçiriləcək ilk oyunun stadionu bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə “Sabah”ın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, İsrail təmsilçisi ilə səfər matçı Macarıstanın Kişvarda şəhərində yerləşən “Varkert” stadionunda baş tutacaq. İyulun 25-də keçiriləcək bu oyuna saat 21:15-də start veriləcək.

“Makkabi” ilə “Sabah” arasındakı cavab qarşılaşması isə avqustun 1-də Bakıda baş tutacaq.

Seçilən
102
18
arena.az

10Mənbələr