Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA-nın Merih Demirala 2 oyunluq cəza verməsinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, ölkə başçısı bildirib:

"Kimsə almanların formasında qartal var deyir? Kimsə qalxıb, deyir ki, fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyən var? Orda da Merih sevincini belə ifadə etdi". 

Qeyd edək ki, Merih Türkiyə - Avstriya oyununda (2:1) ikinci qoluna imza atandan sonra "bozqurd" işarəsi ilə qeyd etmişdi. UEFA ideoloji məna verməsi səbəbindən türk müdafiəçinin 2 oyunluq yaşıl meydanlardan uzaqlaşdırıb.