AZ

Rusiya və Ukraynanın münaqişəyə son qoyulması ilə bağlı mövqeləri bir-birindən uzaqdır – Viktor Orban

Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqlardan bəhs edib.

O, Kiyevə səfərini xatırladıb və bildirib, Rusiya və Ukraynanın münaqişəyə son qoyulması ilə bağlı mövqeləri bir-birindən uzaqdır. Macarıstanın baş naziri qeyd edib ki, “müharibənin bitməsinə yaxınlaşmaq üçün çoxlu addımlar atılmalıdır”. “Lakin biz ən mühüm addımı atdıq: əlaqə yaratdıq və mən bu istiqamətdə işləməyə davam edəcəyəm”, – Viktor Orban bildirib.

O, həmçinin Vladimir Putinin üç mühüm məsələ ilə bağlı fikirlərini eşitdiyini bildirib. Viktor Orban həmçinin Vladimir Putinə “səmimi söhbətə” görə təşəkkür edib. Rusiya prezidenti öz növbəsində bildirib ki, Rusiyanın sülh təşəbbüsü artıq Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə açıqlanıb. Onun sözlərinə görə, onun həyata keçirilməsi hərbi əməliyyatları dayandıra və danışıqlara başlaya bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
72
editor.az

1Mənbələr