İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei səsvermə bülletenini imzalayan zaman qələm yazmayıb, ona yenisini veriblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, yayılan videolarda görüntülənib.
Xaməneinin yazmayan qələmi masanın üstünə sakitcə atmadığı da həmin videoda açıq-aşkar görünür.
Xatırladaq ki, iyulun 5-də İranda prezident seçkisinin ikinci turu keçirilir. Bu mərhələdə Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır.
Qeyd edək ki, Xamənei seçki məntəqəsi fəaliyyətə başlayan kimi səsverməyə gedib.