AZ

"Hədəfimiz yalnız çempionluqdur"  - Millimizin baş məşqçisi

Basketbol üzrə 16 yaşlı oğlanlardan ibarət millimizin baş məşqçisi Tahir Baxşıyevin hazırlıq prosesinin yekunları və Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Prosport.Az xəbər verir ki, mütəxəssis hazırlıq prosesindən tam razı qaldığımı bildirib: "Uşaqlar demək olar ki, əllərindən gələni məşqlərdə etdilər. Bundan əlavə çox yaxşı hazırlıq oyunları da keçirdik. Artıq Bakıda yekun məşqlərimizi tamamlayıb iyulun 8-də Albaniyaya yola düşəcəyik. Avropa çempionatında qrupdakı rəqiblərimizin gücünü yüksək qiymətləndirirəm. Həm ev sahibi Albaniya, həm də Moldova yaxşı millilərdilər, amma buna rəğmən məqsədimiz, qrupu lider bitirib finala yüksəlməkdir. Start beşliyə gəlincə, hələ dəqiq bir fikir söyləyə bilməyəcəyəm. Oyundan bir gün öncə keçirəcəyimiz iki məşqdən sonra bu barədə qərar verəcəyəm. Sonda onu demək istəyirəm ki, basketbolçularımızın gücünə inanırıq və onlarla birlikdə uğur qazanmaq niyyətindəyik ”

Seçilən
94
prosport.az

1Mənbələr