AZ

Növbəti nəsil NFC texnologiyası hazırlanır

     Özündə Apple, Google və Qualcomm kimi nümayəndə şirkətləri birləşdirən NFC Forum təşkilatı növbəti nəsil NFC texnologiyası üzərində çalışır. Məlumata əsasən növbəti NFC texnologiyası daha geniş imkanları təqdim edəcək. Məlumatda qeyd edilib ki, növbəti NFC texnologiyasının əsas özəlliklərindən biri Multi-Purpose Tap adlı funksiya olacaq. Bu funksiya bir toxunuşla daha çox məlumatın ötürülməsini təmin edəcək. Bu isə o deməkdir ki, gələcəkdə bu və ya digər cihazın NFC üzərindən toxunuşu nəticəsində bir neçə əməliyyati yerinə yetirmək mümkün olacaq. Bu cür əməliyyatlara misal olaraq mobil ödənişlərin yerinə yetirilməsini, müəyyən məhsulların alışı zamanı alıcının yaşının təyin olunmasını və rəqəmsal çeklərin təqdim edilməsini gətirmək olar. Bununla yanaşı loyallıq proqramına sahib mağazalar öz alıcılarına alış-veriş bonuslarını avtomatik şəkildə köçürə biləcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
technote.az

1Mənbələr