AZ

Red Magic 9S Pro və Red Magic 9S Pro+ qlobal bazarda satışa çıxacaqlar

     Nubia şirkəti 3 iyul tarixində Çində Red Magic 9S Pro smartfon seriyasını təqdim etdi. Bu seriyaya adi Red Magic 9S Pro ilə yanaşı üstəlik Red Magic 9S Pro+ da daxil oldu. Həmin vaxtda bu smartfonların qlobal bazarda satılıb-satılmayacaqları məlum deyil idi. İndi isə bu məsələyə aydınlıq gəlib. Nubia-nın Red Magic brendi bildirib ki, Red Magic 9S Pro smartfonları həmçinin qlobal bazarda da satışa çıxacaqlar. Brend hətta bunun nə zaman baş verəcəyini də açıqlayıb.     Təqdim edilmiş posterə əsasən Red Magic 9S Pro smartfonları qlobal bazarda 16 iyul tarixində satışa çıxacaqlar. Çox güman ki, smartfonların qlobal versiyaları texniki imkanlar baxımından Çində satılan versiyalardan o qədər də fərqlənməyəcəklər. Qlobal bazarda bu smartfonların hansı qiymətə satılacaqları hələ məlum deyil. Qeyd etmək lazımdır ki, Çin bazarında Red Magic 9S Pro modelinin qiyməti 659$-dan, Red Magic 9S Pro+ modelinin qiyməti isə 797$-dan start götürür.

Seçilən
110
technote.az

1Mənbələr