AZ

Xarici siyasətAzərbaycan ŞƏT üzv ölkələri ilə səmərəli münasibətlər qurub - RƏY

Bu gün Azərbaycan Avropa ölkələri və ABŞ-la yanaşı, Şərq və Mərkəzi Asiya ölkələri ilə də əlaqələrini inkişaf etdirir, möhkəmləndirir.

Bu sözləri “Far.Az”a açıqlamasında Milli Məclisin VI çağırış deputatı Kamran Bayramov bildirib.

O, Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısına qatılmağının əhəmiyyətini vurğulayıb.

“Astanada ŞƏT üzv ölkələrin Zirvə görüşündə 16 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkənin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir”, - o, deyib.

K.Bayramov qeyd edib ki, Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir:

“Qürurverici haldır ki, Azərbaycan üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alır. Regional proseslərdə ölkənin iştirakı bu mövzularda verilən qərarlarda ölkənin söz sahibi olmağı nəzərindən önəmlidir”.

K.Bayramov vurğulayıb ki, son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib.

“Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu getdikcə artmaqdadır”.

Selcan Zaurqızı

Seçilən
117
1
far.az

2Mənbələr