AZ

Qəssam Briqadaları 10 İsrail əsgərini öldürdüklərini açıqlayıb

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları, İsrail ordusunun qurudan girdiyi Qəzza şəhərinin Şucayya rayonunda həyata keçirilən əməliyyatda 10 İsrail əsgərinin öldürüldüyünü açıqlayıb.
Elchi.az xəbər verir ki, Qəssam Briqadaları verdiyi açıqlamada dünən Şücaiyye rayonunun Nazaz küçəsinin şərqində həyata keçirdikləri birgə əməliyyatla bağlı məlumat verib.
Açıqlamada əməliyyatlarda 10 İsrail əsgərinin şəhid olduğu bildirilib.
İsrail əsgərlərinin yerləşdiyi binanın raketlə hədəf alındığı, binaya doğru irəliləyən müqavimət qüvvələrinin əsgərləri sıfır məsafədən vurduğu bildirilib.
Açıqlamada müqavimət qüvvələrinin geri çəkilmə zamanı binanın içərisinə partlayıcı yerləşdirdiyi, İsrail helikopterlərinin ölən və yaralı əsgərləri çıxarmaq üçün müdaxilə etdiyi qeyd edilib.
Qəssam Briqadaları tərəfindən verilən başqa bir açıqlamada isə şəhərin qərbində Tel Zarub yaxınlığında İsrail əsgərlərinin snayperlər tərəfindən vurulduğu bildirilib.
İslami Cihad Hərəkatının silahlı qanadı olan Qüds Səriyyəsindən verilən açıqlamada Şucaiyye mahalına daxil olan İsrail əsgərləri və maşınlarının ağır minaatanlarla bombalandığı bildirilib.
Açıqlamada, Rəfah şəhəri və Netzarim oxunda İsrail əsgərlərinin və maşınlarının yerləşdiyi yerlərin hədəf alındığı bildirilib.Şayəstə Hüseynova

Seçilən
168
elchi.az

1Mənbələr