AZ

“Zirə” “Səbail”ə, “Turan Tovuz” “Kəpəz”ə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Lider “Zirə” evdə “Səbail”lə üz-üzə gələcək.

“Turan Tovuz” isə qərb derbisində “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək.

“Sumqayıt” – “Qəbələ” və “Neftçi” – “Sabah” oyunları sabah keçiriləcək. “Araz-Naxçıvan” – “Qarabağ” oyunu isə oktyabrın 30-da keçiriləcək.

Azərbaycan Premyer Liqası
11-ci tur

Seçilən
299
35
qafqazinfo.az

10Mənbələr