AZ

ABŞ Yaponiyadakı hərbi aviabazasını yeniləyir - 10 milyardlıq planın detalları açıqlandı

Vaşinqton ABŞ-nin Yaponiyada yerləşmiş taktiki hava qüvvələrini modernləşdirmə planlarını açıqlayıb.

Qeyd olunur ki, layihənin ilkin dəyəri 10 milyard dollardan çox sərmayəni nəzərdə tutur.

Pentaqon ABŞ-Yaponiya ittifaqını, regional çəkindirməni və Hind-Sakit okean regionunda sülh və sabitliyi gücləndirəcəyini bəyan edib.

Plana əsasən, Aomori aviabazasında 36 ədəd F-16 qırıcısının 48 ədəd ən son F-35A qırıcısı ilə, Kadena aviabazasında isə 36 ədəd modernləşdirilmiş F-15EX qırıcısının 48 ədəd F15C/D modelləri ilə əvəz olunması nəzərdə tutulur.

“AzPolitika.info”

Seçilən
187
azpolitika.info

1Mənbələr