AZ

Uşaqların psixi sağlamlığı mövzusunda dəyirmi masa

BAYRAQDAR MEDİA – İyulun 5-də Səhiyyə Nazirliyinin (SN) Psixi Sağlamlıq Mərkəzində Uşaqların psixi sağlamlığının qlobal inkişafı: akademik və ictimai əməkdaşlıq” mövzusuna dair dəyirmi masa keçirilib.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.Xəbərdə deyilir ki, “tədbir uşaq və yeniyetmələrin psixi sağlamlığı sahəsində qabaqcıl yanaşmaların müzakirəsinə həsr edilib. Dəyirmi masada dövlət və beynəlxalq təşkilatların nümayəndələri, həmçinin uşaq psixi sağlamlıq sahəsində yerli və xarici aparıcı mütəxəssislər iştirak edib. Tədbirdə ABŞ-ın Çikaqo Universiteti ilə birgə keçirilən “Uşaq evlərindən ailəyə inteqrasiya edən uşaqların psixososial problemlərinin profilaktikasına optimallaşdırılan yanaşma” tədqiqat layihəsinin müzakirəsi aparılıb. Eləcə də uşaq və yeniyetmələrə yardımın müxtəlif modelləri və onların Azərbaycan psixi sağlamlıq sisteminə adaptasiya imkanları nəzərdən keçirilib”.Müzakirə zamanı Azərbaycanda uşaq psixi sağlamlıq sahəsində xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üzrə strategiyalar hazırlanıb.

Seçilən
110
1
bayraqdar.info

3Mənbələr