AZ

Çin onlayn səyahət platformalarında Azərbaycana sifarişlər kəskin artıb

İyulun 3-də Azərbaycan Çin vətəndaşları üçün bir illik vizasız rejim tətbiq etdikdən sonra, Çin onlayn səyahət platformalarında Azərbaycanla əlaqəli turizm məhsullarına maraq kəskin şəkildə artıb.

İyulun 4-də Azərbaycanla əlaqəli turizm məhsullarının axtarış həcmi 50% artıb.

Bildirilib ki, Azərbaycan istiqamətinə olan sifarişlər ötən ilin iyulun əvvəli ilə müqayisədə 85% artıb. Qafqaz ölkələrinə – Azərbaycan, Gürcüstan və Ermənistana olan sifarişlər isə 103% artıb.

Məlumata görə, bu ilin iyulun 4-nə qədər Çindən Azərbaycana aviabilet sifarişlərinin həcmi 336% artıb.

Qeyd edək ki, Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejim tətbiq edilib. Bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də qeyd olunub.

Bu ilin yanvar-may aylarında Azərbaycana 179 ölkədən 965.6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 35.4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Çindən Azərbaycana gələnlərin sayı 2.8 dəfə artıb.

Seçilən
131
37
banker.az

10Mənbələr