AZ

Çində qeyri-adi hadisə: 90 yaşlı qadın 20 il...

Çinin Hubey əyalətinin Xiangyang şəhərində yaşayan 90 yaşlı Qin adlı qadın 20 il əvvəl tapdığı metal alətin əl qumbarası olduğunu öyrənən zaman şoka düşüb.

"Cebhe.info" xəbər verir ki, yaşlı qadın aləti çəkicə bənzədiyi üçün özü ilə evə aparıb və 20 ildir ki, qoz-fındıq sındırmaq, mismar vurmaq kimi müxtəlif məişət işlərində istifadə edib.

İyun ayında köhnə evini sökən işçilər cihazı tanıyanda qadın illərdir əl qumbasından istifadə etdiyini öyrənib.

İşçilər məlumat verdikdən sonra polis və bomba zərərsizləşdirmə qrupu qadının evinə gəlib.

Polisin verdiyi açıqlamada bildirilib ki, qranatanı müsadirə etdikdən sonra ekspertlərdən onun məhv edilməsini istəyiblər.

Taxta sapındakı qoruyucu metal qapağı ilə müəyyən edilən bombanın Vyetnam müharibəsi zamanı Çin istehsalı olan "Type 67" əl qumbarası olduğu müəyyən edilib.

Sosial mediada trend olan videoda qumbada 20 ildir partlamadığı üçün müxtəlif müzakirələrə səbəb olub.

Bəzi istifadəçilər bombanın barıtla doldurulmamış təlim bombası ola biləcəyini desələr də, bəzi istifadəçilər bombanın polis tərəfindən müsadirə edildiyi üçün saxta ola bilməyəcəyini söyləyərək etiraz ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
cebheinfo.az

1Mənbələr