AZ

Huawei nova smartfon seriyasının ilk qatlana bilən qapaqlı modelləri təqdimata hazırlaşırlar

     Huawei şirkətinin smartfon seriyaları portfoliosuna nova adlı smartfon seriyası daxildir. Görünür, şirkət sözügedən smartfon seriyası daxilində qatlana bilən smartfonlarını təqdim etməyə hazırlaşır. Belə ki, çinli mənbələrin vermiş olduqları məlumata əsasən Huawei şirkəti özünün nova smartfon seriyası çərçivəsində qatlana bilən smartfonlarını artıq gələn ay təqdim edəcək. Məlumatda qeyd edilib ki, söhbət, qatlana bilən qapaqlı smartfonlardan gedir.     Gözləntilərə əsasən Huawei nova seriyasının qatlana bilən qapaqlı smartfonları şirkətin digər qatlana bilən qapaqlı smartfonu olan Huawei Pocket 2-dən daha ucuz qiymətə satılacaqlar. Belə ki, smartfonların 500-700$ qiymət aralığında satılacaqları güman edilir. Bəzi məlumatlara əsasən Huawei nova seriyasının qatlana bilən qapaqlı smartfonları Kirin 9010E adlı yeni prosessoru əldə edəcəklər. Sözügedən smartfonlar barəsində digər bir məlumat hələki yoxdur.

Seçilən
90
technote.az

1Mənbələr