AZ

Tramp Baydeni “qaydasız debat”a dəvət etdi


Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Demokratlar Partiyasından hazırkı prezident Co Baydeni “qaydasız debat”lar keçirməyə dəvət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkə səhifəsində yazıb.
“Bu dəfə heç bir qayda yoxdur. Səhnədə ancaq ikimizik və ölkəmizin gələcəyini müzakirə edirik”, - Tramp qeyd edib.
Onun fikrincə, yeni debat formatı tamaşaçılarla daha da uğurlu ola bilər.
Eyni zamanda, Tramp vurğulayıb ki, moderasiyasız çıxış etmək demokrat namizədə aktual suallara daha dəqiq və tam cavab verməyə və onun qabiliyyətlərinə dair bütün şübhələri aradan qaldırmağa imkan verə bilər.
Bundan əlavə, sabiq prezident bu debat formatını özü üçün əla sınaq adlandırıb.
Qeyd edək ki, Demokratlar və Respublikaçılar partiyalarından ABŞ prezidentliyinə namizədlər - Co Bayden və Donald Tramp arasında ilk seçkiqabağı teledebat iyunun 27-də CNN-in Atlantadakı studiyasında baş tutub.
Çoxları Baydenin performansını uğursuz hesab edib. Xüsusilə, Amerikanın ən böyük nəşri olan “New York Times”ın redaksiya heyəti Baydeni seçki yarışından geri çəkilməyə çağırıb.
Müzakirələr zamanı ABŞ-nin hazırkı prezidenti bir sıra qeyd-şərtlər və səhvlər edib və açıqlamalarında aydın olmayıb.
Seçilən
104
50
yeniavaz.com

10Mənbələr