Rusiya rəhbərliyi ilə danışıqlar zamanı Macarıstanın baş naziri Viktor Orban NATO-nu deyil, yalnız öz ölkəsini təmsil edir.
“İki sahil” “İnterfaks”a istinadla xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq bildirib.
“O, NATO-nu deyil, ölkəsini təmsil edir” - deyə, Stoltenberq qeyd edib.
Stoltenberq əlavə edib ki, Macarıstanın baş naziri səfəri barədə alyansı əvvəlcədən məlumatlandırıb.