Olaylar xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.
"Hazırda Ulan-Udedən qəza enişi edən An-2 təyyarəsinin həyəcan siqnalının verildiyi yerə Mi-8 helikopteri uçur. Təyyarədə Federal Hava Nəqliyyatı Agentliyinin axtarış-xilasetmə bazasının üç nümayəndəsi var. Eravninski rayonunun Sosnovo-Ozerskoye kəndindən 30 km aralıda baş verən hadisədən sonra pilotlar əlaqə saxlayıb. Onların sağlamlıq vəziyyəti qənaətbəxşdir", - məlumatda deyilir.
Qeyd edək ki, iyulun 5-də günorta saatlarında meşə yanğınlarının müşahidəsini həyata keçirən An-2 təyyarəsi qəza enişi edib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31