AZ

UEFA türk futbolçusu Dəmirala 2 oyunluq cəza verib

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İntizam Komitəsi türk futbolçusu Merih Dəmirala Türkiyə-Avstriya matçında ikinci qolu vurduqdan sonra “boz qurd” işarəsi qaldırdığı üçün 2 oyunluq cəza verib.

Azpost.info bildirir ki, Türkiyə Futbol Federasiyası və Merih Demiral qərara etiraz etmək üçün İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

Qərar dəyişdirilməsə, Merih Dəmiral Türkiyənin Avropa Futbol Çempionatında (AVRO 2024) sabah Hollandiya ilə oynayacağı 1/4 final matçında yarımfinal matçında oynaya bilməyəcək.

UEFA Merih Dəmirala qarşı “uyğun olmayan davranış” iddiası ilə araşdırma başladıb.

 

Seçilən
125
azpost.info

1Mənbələr