AZ

İrəvan sülh sazişini imzalamağa hazırdır - Simonyan

İrəvanSülh müqaviləsinin imzalanmasında Ermənistan tərəfindən heç bir gecikmə yoxdur.Bunu iyulun 5-də ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə İrəvandakı görüşdən sonra Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.“Biz sazişi imzalamağa hazırıq, deyə bilərik ki, top Azərbaycan tərəfindədir”, - Simonyan deyib.Demarkasiya komissiyalarının reqlamentinə dair razılaşmaya gəlincə, spiker bildirib ki, proses davam edir: "Ümid edirik ki, bu sahədə uğur əldə olunacaq".Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün öncə demişdi ki, Ermənistan Konstitusiyası dəyişdirilmədən sülh sazişi imzalanmayacaq.Ermənistanın baş naziri Paşinyan iyulun 5-də Konstitusiya Günü münasibətilə xalqa təbrikində bildirib ki, “Ermənistana yeni Konstitusiya lazımdır”.

Seçilən
61
5
yenisoz.az

6Mənbələr