AZ

ABŞ Qarabağda "etnik təmizləmə" iddiası ilə nə əldə etməyə çalışır?

"Qərbi Azərbaycan icmasının üzvlərini etnik təmizləmə ilə üzləşdikləri doğma torpaqlarına qaytarmadan ABŞ Dövlət Departamentinin Qarabağı tərk edib gedənləri yenidən gətirib ora yerləşdirmək cəhdinin boşuna olduğu bu gün Xankəndindəki açılış və təməlqoymalarla sərgilənir. Və məncə, okeanın o tayındakılar özləri də çox yaxşı fərqində idilər və fərqindədirlər ki, Azərbaycan Prezidentinin Qərbi Azərbaycan icmasıyla bağlı səsləndirdiyi tələb yerinə yetirilmədiyi təqdirdə hayların Qarabağa dönmələri mümkünsüzdür".

Sitat.info xəbər verir ki, bu sözləri deputat Sahib Alıyev deyib.

 O bildirib ki, Dövlət Departamentinin formalaşdırdığı "faktaraşdırıcı missiya"ya hayların guya Qarabağda etnik təmizləməyə uğradıqları haqda tapşırıq verilməsində də əsas məqsəd heç də "miatsumçu"ları geri qaytarmaq deyil: "Vudro Vilsonun nəvələri Nijdenin törəmələrindən daha yüz il alət kimi faydalanmaq üçün indi də uydurma etnik təmizləməyə ehtiyac duyurlar. Oradakı hay diasporu üçün də bu, ekzistensial anlam daşıyır. Çünki əgər türk düşmənçiliyi davam etməsə, onda alət olaraq onlara da ehtiyac qalmayacaq və istifadə məqsədilə indiki kimi bəslənməyəcəklər. Yəni  Dövlət Depatramentinin "tapış" missiyası bizim regionda qarşıdurmanın uzun zaman qalmasının təmini üçün "fakt" istehsal etmək tapşırığı almışdı və o da yerinə yetirildi".

S.Alıyev vurğuladı ki, Azərbaycan bütün bu xain planlara hazırdır: "Çinlə strateji tərəfdaşlığın qurulması, Astanadakı yüksək səviyyəli üçtərəfli görüş, bu gün Xankəndində, Xocalıda yaşananlar və sabah Şuşada keçirləcək zirvə onu göstərir ki, cənab Prezidentin vurğuladığı kimi Azərbaycan bütün ssenarilərə, o sıradan da hayalətli siyasət yeridənlərin uzun müddət davam edəcək "etnik təmizləmə" uydurmalarına da hazırdır".

Məğrur,

Sitat.info

Seçilən
108
sitat.info

1Mənbələr