AZ

Avropa İttifaqından Orbana QADAĞA: Hüququ yoxdur

Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Josep Borrell Aİ-nin Macarıstanın baş naziri Viktor Orbana Rusiya Federasiyasına səfər mandatı vermədiyini, buna görə də onun Moskvaya mümkün səfərinin yalnız ikitərəfli əlaqələr çərçivəsində baş tuta biləcəyini açıqlayıb.

Publika.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Baş nazir Viktor Orbanın Moskvaya səfəri yalnız Macarıstan və Rusiya arasındakı ikitərəfli münasibətlər çərçivəsində baş tutur. Baş nazir Orban Aİ Şurasından Moskvaya səfər etmək üçün heç bir mandat almayıb. Avropa Şurasının qənaətinə görə, bu mövqe Aİ ilə prezident Putin arasında rəsmi əlaqələri istisna edir”, - deyə Borrell bildirib.

Macarıstan mediası Orbanın və xarici işlər naziri Peter Siyartonun cümə günü Moskvaya səfər edəcəyi barədə məlumat verdikdən sonra Avropa Şurasının sədri Çarlz Mişel "X" şəbəkəsində yazıb ki, Macarıstanın Aİ prezidenti kimi hazırda Rusiya ilə qarşılıqlı əlaqədə olmaq hüququ yoxdur.

Seçilən
73
publika.az

1Mənbələr