AZ

Paris-2024-də terror aktları hazırlayan bir neçə nəfər saxlanılıb

Paris-2024 Yay Olimpiya Oyunlarında terror aktları törətməyə hazırlaşan bir neçə nəfər saxlanılıb.

İdman.biz xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Gerald Darman açıqlayıb.

O bildirib ki, iki fərqli yerdə bir neçə nəfər saxlanılıb.

Onlar Parisdə keçiriləcək Olimpiada zamanı terror aktları törətməyə hazırlaşırdılar: “Seçki kampaniyası apardığımızdan son günlər bu barədə danışmamışıq. Amma nələrisə planlaşdıran və terror aktları hazırlayan insanları saxlamışıq. Böyük tədbirlərin təhlükəsizliyini təmin etməyə hazırlaşırıq. Terror aktı təkcə Olimpiya Oyunları zamanı deyil, istənilən vaxt baş verə bilər. Ona görə də biz ayıq-sayıqıq”.

Qeyd edək ki, Paris-2024 iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
idman.biz

1Mənbələr