AZ

Messi və Ronaldo üçün “yolun sonu”

Dünyanın ən yaxşı futbolçuları Leo Messi və Kriştiano Ronaldo performansları ilə heyranlarını məyus ediblər.

“Cebhe.info” xəbər verir ki, hər iki futbolçu da qatıldıqları beynəlxalq turnirdə fərqlənə bilməyib.

Belə ki, Ronaldo Avropa Çempionatında, Messi isə Amerika Kubokunda meydana çıxdığı matçların heç birində qol vura bilməyib. Bu isə onların hər ikisi üçün ilk belə göstəricidir. Futbol azarkeşləri də bu vəziyyət qarşısında təəccüblərini gizlədə bilməyiblər. Dünya üzrə sosial şəbəkələrdə sözügedən statistika ilə bağlı ən çox yazılan rəylər Messi və Ronaldonun yaşı səbəbindən qol atmaqda çətinlik çəkməsidir. Onlar haqqında ən çox yazılan məyusedici rəylər isə “yolun sonu” olub. Futbol azarkeşləri artıq Messi və Ronaldonun karyeralarının sonlarına gəldiyini bildirən şərhlər yazıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
cebheinfo.az

1Mənbələr