AZ

“Indi məktəblərə sadəcə qayıb yazılmaması üçün gedilir“- Təhsil eksperti

"Indi məktəblərə sadəcə qayıb yazılmaması üçün gedilir."

Təhsil eksperti Adil Vəliyev bunu news365.az-a açıqlamasında deyib.

"Bəzən şikayət olunur ki, məktəb müəllimləri niyə şagirdlərlə maraqlanmırlar ki, onlar ixtisaslarını seçsin. Məktəb müəlliminin sinifində 30-35 uşaq olur. Bu qədər uşaqla 45 dəqiqə necə məşğul olmaq, maraqlanmaq olmaz. Maraqlansa əgər dərsi keçən bilməz.  Biz nəzərə alaq ki, bir şagird 7-ci sinifə qədər dərsə gəlir, ondan sonra qrupunu müəyyən edir və qrupu üzrə hazırlıqlara gedir. Indi məktəblərə sadəcə qayıb yazılmaması üçün gedilir. Indi şagirdlər dərsdə olan vaxtda hazırlıq tapşırıqlarını yazırlar. Çünki şagirdə yüksək bal toplamaq, nəticə göstərmək lazımdır. Məktəblərin burda qarşısına qoyduğu məqsəd qəbul statistikasının yüksək olması olmalıdır"- deyə ekspert vurğulayıb. 

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
news365.az

1Mənbələr