AZ

Ərdoğan Əsədlə görüşə hazırlaşır – Məkan Rusiya və ya İraq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Bəşər Əsədlə 13 ildən sonra ilk dəfə Rusiyada görüşə bilər.

Turkustan.az xəbər verir ki, bu məlumatı “Türkiye” qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, görüş sentyabrda gerçəkləşə bilər. Rusiya ilə yanaşı görüş yeri kimi Fars körfəzi ölkələri və İraq da nəzərdən keçirilir. Qəzet özəlliklə suriyalıların görüşün İraqda keçirilməsində maraqlı olduqlarını bildirib.

Ankaraya gəlincə isə o, görüşün daha sakit keçməsini istəyib. Bununla belə, görüşlə bağlı yekun qərara Vladimir Putinin Türkiyəyə səfərindən sonra aydınlıq gətiriləcəyi qeyd edilib./globalinfo.az/

Seçilən
99
40
turkustan.az

10Mənbələr