AZ

Sevgililəri ilə istirahət etdiyi yaxtasını 55 milyona satır — FOTO

Türkiyəli komediya ustası Cem Yılmaz yaxtasını satışa çıxarıb.

Demokrat.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o "Samatya"yı 55 milyon lirəyə satıb.

 Cem sözügedən 20 metr uzunluğundakı yaxtanı 2017-ci ildə 9 milyon lirəyə almışdı. Bu yaxta komediya ustasının daha çox eşq yaşadığı yaxta kimi xatırlanır.

Cem bu yaxtada müğənni və aktrisa Defne Samyeli o cümlədən Serenay Sarıkaya ilə istirahət etmişdi.

Cem bundan başqa iki yaxtasına da eyni "Samatya" adını verib.

Hazırda onun yaxtasını satıb daha bahalısını alacağı ilə bağlı şayiələr yayılıb. 

Seçilən
136
2
demokrat.az

3Mənbələr