AZ

Çin hakimiyyəti ilk dəfə "Tesla" elektrik avtomobillərini alıb

"Tesla" elektrik avtomobilləri ilk dəfə Çin hökumətinin satın alma siyahısına daxil edilib.Bu, Amerika brendinin ən çox satılan "Model Y" avtomobili olub və yerli hakimiyyət orqanlarının şirkət avtomobili kimi ala bilməsinə icazə verilib.

"Operativ Media" xəbər verir ki, alınan avtomobillərin sayı açıqlanmayıb.

Qeyd edək ki, üç il öncə Çin rəsmiləri avtomobillərin lazımsız məlumatları toplayıb ABŞ-a ötürə biləcəyindən narahat olduqları üçün "Tesla"nın iş üçün istifadə edilməməsini xahiş etmişdilər. Amerika istehsalçısının elektrik avtomobillərinin hərbi komplekslərə, xəstəxanalara və hava limanlarına girişi də qadağan edilib.

Lakin 2024-cü ilin aprelindən bu məhdudiyyətlər aradan qaldırılıb. Çinin aparıcı avtomobil sənayesi assosiasiyası "Tesla"nın məlumat toplamasının təhlükəsizlik tələblərini pozmadığını qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
operativmedia.az

1Mənbələr