AZ

Messi penaltini vura bilməməsindən danışdı: Qəzəbliyəm

Argentina yığmasının hücumçusu Lionel Messi Amerika Kubokunun 1/4 finalında Ekvadorla oyunda (1:1, 4:2) qaçırdığı penaltidən danışıb.

Publika.az xəbər verir ki, o, 11 metrlik zərbələrə əvvəlcədən hazırlaşdığını bildirib:

“Çox qəzəbliyəm. Amma əmin idim ki, onu belə dəqiq vuracam. Martinez və Ruqli ilə danışdıq, məşqdə bir neçə dəfə yoxladım, amma çox məşq etmədim. Mən künclərə zərbə vurdum. Lakin rəqib qapıçı küncə atlananda topun istiqamətini dəyişməyə çalışdım. O, çox hündür idi”.

Qeyd edək ki, yarımfinalda Argentina Venesuela - Kanada qarşıdurmasının qalibi ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
publika.az

1Mənbələr