Cənubi Koreyanın müxalif Toburo Demokratik Partiyasının sədri Li Çje Myonqa hücum edən şəxsə hökm oxunub. Yonhap agentliyinin yaydığı məlumata görə, hücum edən şəxsə ağır cəza verilib.
“Cümə günü regional məhkəmə müxalifət liderinə bıçaqla hücum etmiş caniyə 15 il müddətinə azadlıqdan məhrum edib”, – nəşr yazıb.
Qeyd olunur ki, müvafiq qərarı Busan Rayon Məhkəməsi çıxarıb. Kim soyadlı cani “qəsdən adam öldürməyə cəhddə və seçki qanunlarını pozmaqda” təqsirli bilinib.
Tural
News365.az