AZ

Demokratların sponsorları Baydenin yerinə iki əsas namizəd tapıblar - “Financial Times“

Demokratlar Partiyanın əsas sponsorları Miçiqan və Kaliforniya qubernatorları Qretçen Uitmar ilə Qevin Nyusomu prezidentlik yarışında Cozef Baydeni əvəz etməyə ən çox ehtimal olunan namizəd kimi görürlər.

News365.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinad edən Financial Times (FT) yazıb. Qeyd edilir ki, onlar indiki prezidentin qələbəsinə inanmırlar.

Qəzet yazıb ki, sponsorların Amerika ştatlarının qubernatorlarına belə xüsusi diqqət ayırması demokratlar arasında ABŞ-nin hazırkı prezidentinin dalana dirənməsi ilə bağlı artan məyusluğu əks etdirir. "Mən Cozefin ən böyük pərəstişkarıyam, o, layiqli dövlət qulluqçusudur. Lakin o, artıq tükənib və biz bütün diqqətimizi bundan sonra baş verəcəklərə yönəltməliyik", - prezidentə yaxın olan sponsorlardan biri deyib.

Mümkün namizədlər arasında vitse-prezident Kamala Harrisin də adı var.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
news365.az

1Mənbələr