AZ

"Bizim Portuqaliya ilə oyunlarımız çox gərgin alınır" -Didye Deşam

Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatının 1/4 finalında bu gün Portuqaliya millisi ilə qarşılaşacaq Fransa seçməsinin baş məşqçisi Didye Deşam fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "xoruzlar"ın çalışdırıcısı mətbuat konfransında belə danışıb:

"Belə oyunlarda adətən xırda detallar həlledici olur. Hər iki komandada ortaya fərq qoya biləcək futbolçular var. Portuqaliya yığmasında da bizim komandadakı kimi əla futbolçuların sayı çoxdur. Biz Avropanın ən yaxşı komandalarından biriyik. Bu, çox önəmli oyundur. Tarixə nəzər salsaq, bizim Portuqaliya ilə oyunlarımız çox gərgin alınır".

Qeyd edək ki, Portuqaliya - Fransa qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Nihat

Seçilən
59
fanat.az

1Mənbələr