UEFA Ronaldonu cərimələyə bilər
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo Avro-2024-də qanunsuz reklama görə cərimələnə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, 39 yaşlı futbolçu fitness məlumatlarının toplanması və təhlili üzrə ixtisaslaşmış WHOOP şirkəti ilə birgə yazı dərc etməklə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) qaydalarını pozub. Oyunçu və şirkət qanunsuz marketinq yaratmaqda ittiham edilib.
Qeyd edək ki, bu gün 1/4 final matçında Portuqaliya Fransa ilə qarşılaşacaq. Komandalar meydana Bakı vaxtı ilə saat 23:00-da çıxacaq. Oyunu ingiltərəli baş hakim Maykl Oliver idarə edəcək.