AZ

"Putinə sülh danışıqları deyil, Ukraynanın təslim olması lazımdır" - ISW

 
"Putin Ukraynada öz məqsədlərini dəqiq ifadə edib, o, Rusiyanın qələbə qazanacağına əmindir..."
 
Rusiya rəhbəri Vladimir Putin atəşkəslə bağlı hər-hansı əhəmiyyətli danışıqlardan imtina edib, bunun əvəzinə ona Ukraynanın faktiki olaraq təslim olması lazımdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) növbəti hesabatında deyilir.
 
Qeyd edilir ki, Putin iyulun 4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Ukraynada atəşkəsin perspektivlərini və danışıqların mümkünlüyünü şərh edib.
 
Putin Ukrayna ilə sülh danışıqları üçün şərtlərini açıqladı - 14.06.2024,  Sputnik Azərbaycan
 
"Danışıqlara ona xas olan hiyləgərcəsinə maraq göstərmək əvəzinə, o, atəşkəslə bağlı istənilən danışıqlar prosesini rədd edib.
 
Putin həmçinin Ali Radanı danışıqlar üçün mümkün təmas məntəqəsi kimi rədd edib, hərçənd, bu orqan Rusiyanın danışıqlar apara biləcəyi yeganə legitim qurumdur. 
 
İndi Putin Ukrayanın bütün rəhbər təsisatlarını qeyri-legitim və ya danışıqlar üçün yararsız adlandırıb və üçüncü tərəflərin danışıqlarda iştirakı ideyasını rədd edib, bununla da faktiki olaraq atəşkəslə bağlı saziş üzrə istənilən əhəmiyyətli danışıqlar prosesini rədd edib", - ISW  yazıb.
 
Analitiklər qeyd edir ki, bunun əvəzinə Putin atəşkəslə bağlı istənilən sazişin şərti kimi Ukraynanın "demilitarizasiya" edilməsi barədə öz tələbini vurğulayıb, Ukraynanın geriyədönməz "demilitarizasiya"ya razı olmasını tələb edib.
 
Putin iddia edib ki, Rusiya ukraynalı hərbçilərə atəşkəsdən öz qüvvələrini bərpa etmək üçün istifadə etməsinə imkan verə bilməz, eyni zamanda, Rusiya qüvvələrinin də potensial atəşkəsdən yəqin ki, bu cür istifadə edəcəyi barədə xatırlatmayıb. 
 
Analitiklər əmindir ki, Rusiya atəşkəsdən sonrakı fasilədən öz qüvvələrinin bərpası və genişləndirilməsi və Ukraynanın məhvinə yönələn gələcək təcavüzü üçün öz müdafiə sənayesi bazasının səfərbər olunması üçün istifadə edəcək.
 
"Putinin Ukraynanın təslim olmasını nəzərdə tutan istənilən atəşkəs sazişindən imtina etməsi həmçinin onu göstərir ki, o, Ukraynada sürüşkən irəliləyişlə, Qərb tərəfdən Ukraynaya dəstəyə üstün gəlmək və Ukrayna qüvvələrinə qarşı tükənməyə hesablanan müharibəni udmaqla Rusiyanın qələbə qazanacağına əmindir", - ISW qeyd edib.
 
Putinin Astanada bəyanatları - bəlli olanlar
 
Putin o cümlədən Ukrayna prezidenti Vladimir Zelenskinin vasitəçilərdən istifadə etməklə danışıqlar aparılması
ideyasını rədd edib.
 
Rusiya diktatoru hesab edir ki, vasitəçilərin zəruri sənədləri imzalamaq üçün səlahiyyətləri kifayət etməyəcək.
 
Bundan başqa, o, bəyan edib ki, ABŞ prezidentliyə namizəd Donald Trampın Ukraynada müharibəyə son qoymaq niyyətinə ciddi yanaşır.
Seçilən
70
moderator.az

1Mənbələr