AZ

Qaraçay-Çərkəz Müftiliyi niqab geyinməyi qadağan edib

Ruhani İdarəsi niqab taxmağı müəyyən edilmiş təhlükələr aradan qaldırılana və yeni teoloji nəticəyə qədər qadağan olunmuş hesab edir
Qaraçay-Çərkəz Respublikası Müsəlmanları Ruhani İdarəsi Dağıstandan sonra respublikada niqab taxmağın müvəqqəti qadağan edilməsi haqqında fərman qəbul edib. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Hacı Berdiyev deyib.
“Qaraçay-Çərkəz Müsəlmanlarının Ruhani İdarəsi Rusiyada müasir şəraitdə niqab taxmağı müəyyən edilmiş təhlükələr aradan qaldırılana və yeni teoloji nəticəyə qədər qadağan olunmuş hesab edir”, - deyə “İnterfaks” Berdiyevə istinadən yazıb.
Onun sözlərinə görə, fərman Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzinin Müftilər Şurasının hicab və niqabla bağlı qərarına uyğun olaraq qəbul edilib.
Bundan əvvəl Dağıstan Müftiliyi bölgədə niqab geyinməyə müvəqqəti qadağa qoyulduğunu açıqlamışdı.
Niqab İslamda ənənəvi qadın baş geyimidir və demək olar ki, üzü tamamilə örtür və gözlər üçün yalnız dar bir yarıq buraxır. Fransa, Belçika və Danimarka kimi bir sıra ölkələrdə onun ictimai yerlərdə geyinilməsi qadağan edilib. Misir, Tunis, İndoneziya və Mərakeş də daxil olmaqla bir çox müsəlman ölkələrində də niqab qadağan edilib.
Rusiyada niqab qadağası ilə bağlı müzakirələr son həftələr Dağıstanda baş verən terror aktları fonunda yaranıb. Respublika başçısı Sergey Melikov niqab taxmağın əleyhinə çıxış edib. İddia edib ki, belə geyim “kişilərə bu yaylıqların arxasında gizlənməyə, qadınlara isə bu geniş paltarların altında qadağan olunmuş əşyaları gəzdirməyə imkan verir”.
Rusiyada niqabın qadağan edilməsi təklifi ilə İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Prezident yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev də çıxış ediblər.

Seçilən
60
50
ayna.az

10Mənbələr