AZ

VÜQAR MƏMMƏDOVUN DEPUTATLIĞA NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLDÜ – Baş redaktor 25 saylı Nizami ikinci seçki dairəsindən namizəd olacaq

Xəbər verdiyimiz kimi, dünən ADP Ali Məclisinin sessiyası keçirilib.

Hurriyyet.az xəbər verir ki, Ali Məclis ölkədəki ictimai-siyasi vəzəyyət və qarşıdan gələn parlament seçkiləri ətrafında müzakirələr aparıb. Ali Məclis 01 sentyabr 2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərində partiyanın iştirak məsələsini geniş şəkildə müzakirə edib. Müzakirələrin yekunu olaraq Ali Məclis 01 sentyabr 2024-cü il tarixinə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərində partiyanın iştirak edəcəyi ilə bağlı qərar qəbul edib. Müzakirələrdə partiya adından ilkin olaraq aşağıdakı şəxslərin müvafiq dairələr üzrə namizədliyi irəli sürülərək təsdiq edilib.

Qeyd edək ki, partiyanın 16 nəfərlik namizəd siyahısında “Hürriyyət” qəzetinin, eləcə də eyniadlı Hurriyyet.az saytının və Hurriyyet TV-nin baş redaktoru Vüqar Məmmədovun adı da yer alır. V.Məmmodun namizədliyi 25 saylı Nizami ikinci seçki dairəsindən irəli sürülüb.

Sessiyanın sonunda partiyanın Seçki Qərargahı yaradılıb. Seçki Qərargahına rəhbərlik partiya sədrinin seçki və hüquq məsələləri üzrə müavini Taliyət Əliyevə həvalə edilib. Seçki qərargahına partiyanın deputatlığa namizədlərinin 01 sentyabr 2024-cü il tarixinə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərində iştirakı ilə əlaqədar bütün lazımi tədbirlərin görülməsi tapşırılıb.

Hurriyyet.az

Seçilən
87
hurriyyet.az

1Mənbələr