AZ

Fransada terror aktları hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Bakı. Trend:

Fransada hüquq-mühafizə orqanları son günlər ərzində Olimpiya Oyunları zamanı terror aktları hazırlamaqda şübhəli bilinən bir neçə nəfəri saxlayıb.

Trend xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin "BFMTV" telekanalının efirində deyib.

"Terror təhdidi son dərəcə ciddi olaraq qalır. Son bir neçə gün ərzində bunu ictimaiyyətə açıqlamadıq, lakin terror hücumları planlaşdıra və həyata keçirə biləcək insanları həbs etmişik", - nazir deyib.

Darmanin saxlanılan şübhəlilərin sayını açıqlamayıb, lakin iki müxtəlif yerdə müxtəlif şəxslərin saxlanıldığını bildirib.

"Fransanın məhkəmə orqanları onlarla məşğul olur", - nazir qeyd edib.

Qeyd edək ki, Yay Olimpiya Oyunları 26 iyul - 11 avqust tarixlərində Fransanın paytaxtı Parisdə keçiriləcək.

Mənbə: az.trend.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
2
az.trend.az

2Mənbələr