AZ

“Örnək müəllim”: Riyaziyyat dərsliyindən triqonometriya çıxarılsın

Tez-tez məktəb dərsliklərinin quruluşundan, mövzularından şikayətlər səslənir. Əsasən valideyn və şagirdlər dərsliklərin çətin, mövzuların aydın olmadığını vurğulayırlar.

 

AzEdu.az Təhsil Portalı kitablarla daha yaxından tanış oluqları üçün müxtəlif fənləri tədris edən müəllimlərdən açıqlamalar alır.

 

Şamaxı Avropa liseyinin riyaziyyat müəllimi, “Örnək müəllim” Aygün İsmayılova bildirir ki, dərsliklərdən triqonometriya çıxarılmalıdır:

 

“İki illik fəaliyyətim müddətində istər məktəbdə, istərsə də repititorluq fəaliyyətimdə müşahidə edirəm ki, şagirdlər triqonometriya mövzusunda çox çətinlik çəkirlər. Demək olarki şagirdlərin 60% -i bu mövzunu yaxşı öyrənə bilmirlər.

 

Bir dəfə 10-cu sinif şagirdlərindən biri mənə sual verdi ki, “müəllim, biz bu triqonometriyanı həyatımızda necə istifadə edəcəyik?” Mənə gələcək həyatımda triqonometriya necə lazım olacaq? Mən düşündüm və bu sualın cavabını tapa bilmədim. Həmin şagird dedi ki, “müəllim, usta olsam belə, mənə triqonometriya lazım olmayacaq, sahələrin hesablanması lazım olacaq, bir də düzgün hesablama bilmək”. Bu halda şagirdlə razılaşmalı oldum.

 

Məhz bu səbəbdən triqonometriyanın dərsliklərdən çıxarılmasını istəyirəm. Bunun yerinə kitablarda çalışma nümunələrinin artırılması məqsədəuyğundur. Riyaziyyat vərdişdir. Daha çox sual nümunələri işləməklə öyrənməni möhkəmləndiririk”.

 

Qeyd edək ki, Aygün müəllim AzEdu.az-ın təşkil etdiyi “Örnək müəllim” layihəsində seçilən 150 müəllimdən biridir. O, bu il sertifikasiya imtahanından 54 bal toplayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
azedu.az

2Mənbələr