AZ

Mbappe: Portuqaliya ilə oyunda hər şey detallardan asılı olacaq

Fransa millisinin və "Real Madrid"in 25 yaşlı hücumçusu Kilyan Mbappe Portuqaliya yığmasını məğlub edərək AÇ-2024-ün yarımfinalına yüksələcəklərinə ümid etdiyini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda Goal.com saytı məlumat yayıb.

“Mən gələcəyi proqnozlaşdıra bilmərəm. Hələlik hər şey yaxşı gedir. Bütün görüşlərdə ambisiyalarımızı ortaya qoyaraq qələbəyə can atdıq. İndi diqqətimizi yalnız Portuqaliya ilə matça yönəltmişik.

Avropa çempionatı çox çətin yarışdır. Pley-offa ancaq böyük komandalar çıxır. Portuqaliya ilə mübarizədə hər şey detallardan asılı olacaq. Onlar da çox çalışırlar.

Yarımfinala vəsiqəmizi əldə etmək istəyirik. Məşq zamanı hər şey əladır. Biz hazırıq”.

Portuqaliya - Fransa matçı iyulun 5-də Hamburqda keçiriləcək və saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
iqtisadiyyat.az

1Mənbələr