AZ

Vaşinqton Bakıya yeni vədlər verir

Bakı. Trend:

Rəsmi təsdiq olmasa da, Azərbaycanın xarici işlərnaziri Ceyhun Bayramovun 9-11 iyul tarixlərində Vaşinqtonda NATOsammiti çərçivəsində təşkil olunan tərəfdaş ölkələrin görüşündəiştirak edəcəyi gözlənilir. ABŞ Dövlət Departamenti artıq C.Bayramovun erməni həmkarı Ararat Mirzoyanla görüşünün təşkilinəbaşlayıb.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel dünənjurnalistlərə bildirib ki, NATO sammiti çərçivəsində Amerika tərəfiErmənistan və Azərbaycan arasında xüsusi görüşlərin təşkilinəçalışır. Patelin sözlərinə görə, Vaşinqton üçün Bakı və İrəvanarasında sülh dialoqu çox vacibdir.

Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləriən son ötən ilin iyun ayında Vaşinqton platformasında sülh sazişiüzrə danışıqlar aparmışdılar. Lakin bundan sonra AzərbaycanVaşinqton formatına, eləcə də ümumilikdə Qərb vasitəçiliyinəmarağını itirmişdi.

Ötən ilin sentyabrın 19-da Xankəndindəki separatçı-terrorçuxuntaya qarşı Azərbaycan Ordusunun gerçəkləşdirdiyi lokalantiterror tədbirlərindən sonra sülh danışıqlarında müəyyəndurğunluq vardı. Qarabağlı ermənilərin Azərbaycanı könüllü tərkedərək Ermənistana yollanması Bakı-İrəvan müzakirələrinin müvəqqətidə olsa, dayanmasına səbəb olmuşdu.

Bu ilin fevral ayında Almaniyanın Münhen şəhərinlə keçirilənTəhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham ƏliyevləErmənistanın baş naziri Nikol Paşinyanın görüşü baş tutdu.

Həmin görüşdə Azərbaycanla Ermənistan arasındakı şərti dövlətsərhədinin demarkasiyası və delimitasiyası, yekun sülh sazişi,nəqliyyat kommunikasiyalarının bərpası və yeni loqistikamarşrutlarının açılması, ən nəhayət, Bakı ilə İrəvan arasındadiplomatik münasibətlərin qurulması kimi həddən ziyadə önəmliməsələlərlə bağlı mühakirələrin XİN başçıları səviyyəsində Berlindədavam etdirilməsi barədə razılıq əldə edilmişdi.

Fəqət, Ermənistan rəhbərliyi həmişə olduğu kimi, vədlərinə əməletmədi və faktiki olaraq, danışıqların Berlin raundunun baştutmaması üçün əlindən gələni etdi.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri CeyhunBayramovla Ararat Mirzoyan yalnız mayın əvvəllərində Qazaxıstanprezidenti Kasım-Jomart Tokayevin vasitəçiliyi ilə Alma-Atadagörüşdülər.

İyunda Alma-Atada XİN başçılarının yeni görüşüplanlaşdırılmışdı: İrəvanın absurd bəyanatları səbəbindən növbətigörüş baş tutmadı, danışıqların Qazaxıstan formatı da davamlıalınmadı.

Hazırda ABŞ Dövlət Departamenti Vaşinqton formatını bərpa etməküçün əhəmiyyətli diplomatik səylər göstərir və hər iki tərəfitammiqyaslı sülhə nail olmaq imkanını əldən verməməyə çağırır.Başqa sözlə, Birləşmiş Ştatlar bölgəmizdə yürütdüyü taktikaçərçivəsində açıq şəkildə göstərir ki, Ermənistan və Azərbaycanarasında sülh sazişinin əldə edilməsi hazırda Vaşinqton üçün CənubiQafqazda prioritet məsələlərdən biri, bəlkə də birincisidir.

Çünki Cənubi Qafqazda sülh ABŞ-ın Mərkəzi Asiya və CənubiQafqazda Rusiyanın təsirini azaltmağa yönəlmiş ümumi strategiyasınamükəmməl şəkildə uyğundur.

Vaşinqton əmindir ki, Azərbaycan və Ermənistan arasındakı həllolunmamış münaqişə Moskvanın bu strateji əhəmiyyətli regiona təsirgöstərən əsas vasitələrindən biridir.

ABŞ-ın Azərbaycan və Ermənistanı barışdırmaq cəhdləri, şübhəsizki, müsbət bir amildir. Bununla belə, rəsmi Bakı Vaşinqtona birdaha bəyan etdi ki, Ermənistanla sülh müqaviləsi imzalamağa hazırolması, Ermənistan tərəfinin Prezident İlham Əliyev tərəfindəndəfələrlə səsləndirilən şərtləri yerinə yetirməsindən asılıdır.Xüsusilə, Ermənistanın Azərbaycan ərazilərinə qarşı əraziiddialarını özündə ehtiva edən konstitusiyasına düzəliş etmədiyimüddətcə.

Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında ABŞ-ınrolu və strateji planları, həmçinin regiondakı maraqları,Vaşinqtonun Cənubi Qafqaz siyasətini formalaşdırır. Bu siyasət birneçə əsas istiqamətdə qurulmuşdur və həm regional, həm də qlobalkontekstdə böyük əhəmiyyət kəsb edir.

ABŞ-ın əsas prioritetlərindən biri - Ağ Ev rəsmilərinindediklərinə görə - Cənubi Qafqazda sabitliyi təmin etməkdir. Bununüçün Vaşinqton müxtəlif diplomatik vasitəçilik təşəbbüsləri həyatakeçirir və regiondakı dövlətlərlə əməkdaşlıq edir. ABŞ, həmçinin,beynəlxalq təşkilatlar vasitəsilə sülh və təhlükəsizliktəşəbbüslərinə dəstək verir.

Bu çərçivədə, ABŞ, Azərbaycan və Ermənistan arasındakımünaqişənin sülh yolu ilə həlli üçün intensiv səylər göstərir.

Lakin Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqları,müzakirələr, edilən səfərlər və keçirilən görüşlər sadəcə BirləşmişŞtatların yox, kollektiv Qərbin bölgədəki münaqişələrin həllindəoynadığı rolu ən dəqiq şəkildə əks etdirirdi.

Fransa və Rusiya təki, ABŞ da “hər iki tərəfi dialoqa dəvətetmək”, “münaqişənin həlli üçün müxtəlif təkliflər irəli sürmək”ləməşğuldu və işğalçı Ermənistana təsir edərək onu aqressiv siysətinəson qoymağa, işğal etdiyi Azərbaycan ərazilərindən çəkilməyə vadaretmək üçün konkret heç bir iş görmədilər.

Faktdır - Cənubi Qafqaz enerji resurslarının dünya bazarınaçıxışı üçün strateji əhəmiyyətə malikdir. ABŞ regionun enerjiresurslarının təhlükəsiz və etibarlı şəkildə dünya bazarınaçatdırılmasını təmin etmək üçün müxtəlif layihələrə dəstək veriir.Buna şübhə etmirik, lakin Cənubi Qafqazda layihələrin stabilfəaliyyəti üçün sülh gərəkdir və həmin sülhün təminatı da rəsmiİrəvanın adekvat davranışı ilə bağlıdır.

Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və TANAP qaz kəməri kimilayihələr ABŞ-ın enerji təhlükəsizliyi strategiyasının əsaskomponentləri sırasındadır. Bu layihələr vasitəsilə,ABŞ Avropİttifaqının enerji təminatında Rusiyadan asılılığını azaltmağaçalışır və regiondakı enerji resurslarının şaxələndirilməsini təminedir.

Cənubi Qafqaz Rusiya üçün strateji əhəmiyyət daşıyan birregiondur və Moskva bu bölgədəki təsirini qorumaq üçün müxtəlifsiyasi və hərbi vasitələrdən istifadə edir. ABŞ Rusiyanınregiondakı təsirini balanslaşdırmaq üçün müxtəlif strategiyalarhəyata keçirir.

Bu müstəvidə ABŞ Cənubi Qafqazdakı dövlətlərin suverenliyini vəərazi bütövlüyünü dəstəkləyir. Vaşinqton, həmçinin NATO və digərbeynəlxalq təşkilatlar vasitəsilə regiondakı təhlükəsizliktəşəbbüslərinə dəstək verir.

Amma necə?

İrəvanda Ermənistan Konstitusiyasının yeni redaksiyası üzərindəişlər gedir. Bu işlərin nə zaman başa çatacağı və yenilənmişkonstitusiyanın ümummilli referendumda qəbul olunub-olunmayacağıbarədə hələ dəqiq məlumat yoxdur. Ekspertlərin fikrincə, proses ənazı bir il çəkə bilər.

Belə bir vəziyyətdə Ceyhun Bayramovun Ararat Mirzoyanla ABŞDövlət katibi Entoni Blinkenin iştirakı ilə mümkün danışıqları nəyidəyişə bilər? Bakı və İrəvan arasında Vaşinqtonda aparılan dialoqundanışıqlar prosesini çıxılmaz vəziyyətdən çıxaracağına və ABŞ-ıngözləntilərinə uyğun olaraq, Bakıda keçiriləcək payız sammiti COP29çərçivəsində Ermənistan və Azərbaycan arasında sülhün imzalanmasınagətirib çıxaracağına inanmaq çətindir.

Eyni zamanda, əgər Vaşinqtonda Bayramov-Mirzoyan görüşü baştutarsa, bu, ABŞ üçün Ermənistan və Azərbaycan arasındamünasibətlərin tənzimlənməsində mühüm rol oynamağa davam etdiyininümayiş etdirmək üçün yaxşı bir fürsət olacaq.

Rusiyanın bu prosesdən faktiki olaraq kənarlaşdırılması fonundabu, ABŞ-ın Cənubi Qafqazda mövqelərini ardıcıl olaraq gücləndirmək,eyni zamanda Bakı və İrəvan arasında sülhün əldə olunmasınısürətləndirmək və Ermənistanla ikitərəfli münasibətləridərinləşdirmək niyyətlərinin daha bir təsdiqi olacaq.

İrəvana demək olar ki, hər həftə Konqres və ABŞ DövlətDepartamentinin yüksək səviyyəli nümayəndələrindən ibarət növbətibir heyət göndərilir. Sonuncu belə səfər dünən, iyulun 2-dərespublikaçı senator, ABŞ Helsinki Komissiyasının, yəni AvropaTəhlükəsizlik və Əməkdaşlıq Komissiyasının üzvü olan Rocer Uikerinbaşçılıq etdiyi nümayəndə heyətinin İrəvana gəlməsi ilə baş tutub.Uiker həmçinin ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin yüksəksəviyyəli üzvüdür.

Uikerlə birlikdə okeanın o tayından yeddi nəfər gəlib, onlarınarasında Helsinki Komissiyasının sədri, Nümayəndələr Palatasınınüzvü Co Uilson və onun həmsədri, demokrat senator Ben Kardin dəvar.

ABŞ səfirliyinin İrəvandakı məlumatına görə, erməni-amerikanəlaqələrinin daha da gücləndirilməsi üçün nümayəndə heyəti MilliMəclisin həmkarları və Ermənistan hökumətinin nümayəndələri iləgörüşlər keçirəcək. Baş nazir Nikol Paşinyan, xarici işlər naziriArarat Mirzoyan və Milli Məclisin spikeri Alen Simonyan ilə dəgörüşlər planlaşdırılıb.

… ABŞ Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarındavasitəçi rolunu oynamaq istəyir və bu prosesdə əsas oyunçulardanbiri kimi çıxış etmək fikrindədir. Vaşinqton hər iki tərəfi masaarxasına gətirərək, münaqişənin həlli üçün diplomatik yollaraxtarır. Bununla yanaşı, ABŞ regiondakı gərginliyin azaldılması vəhumanitar məsələlərin həlli üçün müxtəlif təşəbbüsləridəstəklədiyini vurğulayır.

Bakının mövqeyi və şərtləri aydındır: ErmənistanınKonstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer aldığımaddə ləğv edilmədikcə və Ermənistan konstitusiyasına zəruridüzəlişlər reallaşmadıqca sülh müqaviləsinin imzalanması mümkündeyil. Bu, Bakının əsas tələbi kimi çıxış edir və sülh prosesininirəliləməsində həlledici rol oynayır.

Bu çərçivədə, ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanınxarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşlərininkonkret nəticə verməsi ehtimalı aşağıdır, çünki Ermənistanın daxilisiyasi sistemində islahatlar aparmağa hazır olmaması, sülhprosesinin qarşısında ciddi maneələr yaradır.

Şübhəsiz ki, ABŞ Cənubi Qafqazda davamlı sülh və sabitlik əldəetmək üçün səylərini davam etdirəcək. Bu çərçivədə, Vaşinqtonregionda diplomatik təşəbbüsləri dəstəkləməyə, iqtisadi əməkdaşlığıgücləndirməyə və enerji layihələrini təşviq etmək strategiyasınıdaim aktiv saxlayır. Eyni zamanda, ABŞ, regiondakı dövlətlərinsuverenliyini və ərazi bütövlüyünü qorumağa çalışdığını qeydedir.

ABŞ, Azərbaycan və Ermənistan arasındakı sülh prosesinidəstəkləmək üçün müxtəlif diplomatik təşəbbüslər həyata keçirəcək.Bu çərçivədə, Vaşinqton, regionda sülh və təhlükəsizliyi təminetmək üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq, regiondakı digərgüclərlə birlikdə çalışmaq fikrində olduğunu bəyan edir.

ABŞ həmçinin, regiondakı humanitar məsələlərin həlli üçünmüxtəlif proqramları dəstəkləyəcək və bu istiqamətdə fəaliyyətinigenişləndirəcəyini də deyir.

Vaşinqton regiondakı iqtisadi əməkdaşlığı gücləndirmək üçünmüxtəlif təşəbbüsləri dəstəkləyəcək. Bu çərçivədə Ağ Ev regiondakıdövlətlərlə ticarət əlaqələrini genişləndirəcək və iqtisadilayihələrə dəstək verəcəyini xüsusilə təkrarlayır.

ABŞ həmçinin, regiondakı enerji layihələrinin inkişafınıdəstəkləyəcək və bu istiqamətdə fəaliyyətini genişləndirəcəyini dəbildirir.

Bu vədlərin, bəyanatların və açıqlamaların nə qədər realolduğunu isə zaman göstərəcək.

Seçilən
72
3
az.trend.az

4Mənbələr